330x110
 

"AzerGold" 3 il ərzində satdığı qızılın həcmini açıqlayıb - 173 min unsiyadan çoxdur

24.02.2020,14:18


24 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz "AzerGold"un sədri Zakir İbrahimov 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrə dair mətbuat konfransı keçirib.

ABC.AZ xəbər verir ki, sədr ixracdan danışaraq bildirib ki, ixraca başladığımız 2017-ci ildə ölkəmiz ilk dəfə olaraq beynəlxalq bazarlara 103 min unsiya qızıl satıb.

Onun sözlərinə görə, sevindirici haldır ki, bu göstəriciyə məhz "AzerGold" QSC-nin hesabına nail olunub: “İxrac edilən bu həcmin 60,3 min unsiyası Cəmiyyətimiz tərəfindən ixrac edilib. Beləliklə, QSC ölkədə il ərzində ən çox qiymətli metal ixracı həyata keçirən şirkət kimi tarixə düşüb. Ümumilikdə, "AzerGold" QSC 3 il ərzində 173 min unsiyadan çox qızıl və 290 min unsiya həcmində gümüşün satışından ölkə iqtisadiyyatına 400 mln. manata yaxın həcmdə vəsait cəlb edib. Bundan başqa, bu əməliyyatlar nəticəsində ölkə büdcəsində 30,6 mln. manatdan artıq məbləğdə vergi və rüsumlar ödənilib”.

Müəllif: Elmir Murad