330x110
 

Qaz təsərrüfatına 6 milyon manatdan çox ziyan dəyib – Azəriqaz

24.02.2020,14:18


24 Fevral, Fineko/abc.az. 2019-cu ildə qeyri-qanuni qoşulma hallarına görə ölkə üzrə 42 min 839 “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunub.

Bu barədə ABC.AZ-a “Azəriqaz” İstehsalat Birliyindən bildirilib. Məlumata görə, qanunsuz qoşulmaların sayca böyük hissəsi - 42 520 əhali qrupu, 319 qeyri-əhali qrupu olub. Bu qoşulmalar nəticəsində 67,5 milyon kubmetr qaz itkisi hesablanıb, 6 milyon kubmetri qeyri-əhali qrupuna aiddir.

Qaz təsərrüfatına 6 753 107 manat (o cümlədən qeyri-əhali üzrə 1 180 458 manat) məbləğində ziyan dəyib. Bu ziyanın böyük əksəriyyəti Bakı şəhəri və paytaxtətrafı ərazilərə aiddir. Çünki regionlarda əhali və qeyri-əhali üzrə cəmi 2199 akt tərtib olunub.

Müəllif: Elmir Murad