330x110
 

Bəziləri həyətindən qonşularına qaz paylayır - “Azəriqaz” hərəkətə keçdi

24.02.2020,14:31


24 fevral,Fineko/abc.az. Xəbər verdiyimiz kimi “Azəriqaz” İstehsalat Birliyi qanunsuz qoşulmalar, qanun pozuntuları barədə məlumat yayıb.

ABC.AZ quruma istinadən xəbər verir ki, “Azəriqaz” İB qaz kəmərlərinə qanunsuz qoşulmaların qarşısını almaq üçün kəmərləri saxlayan dirəklərdən deşik açmaq məcburiyyətində qalıb. Çünki əksər hallarda qanunsuz qoşulma aparanlar rezin borunu torpağın altından gətirir, dirəyin içərisi ilə yeridir və qaz xəttinin dirəyə oturduğu yerdən calaq etməklə qoşma aparır. Qoşma da özbaşına qaynaqsız olduğu üçün qazın çox hissəsi rezin borunun qoşulduğu yerin kənarlarından havaya uçur.

Belə hallarla daha çox Sabunçu rayonunun Maştağa və Nardaran kəndləri, Kürdəxanı qəsəbəsi, Binəqədi rayonunun Xocahəsən qəsəbəsi, Abşeron rayonunun Hökməli qəsəbəsi, Suraxanı rayonunda Zığ kəndi, Xəzər rayonunda Binə qəsəbəsində rastlaşmaq mümkündür. “Azəriqaz” İB-nin qazdan qanunsuz istifadə edənlərin həyətlərinə daxil olmaq, mənzillərinə baxmaq səlahiyyəti yoxdur. Amma bilinən odur ki, bəziləri öz həyətindən də digər qonşularına qaz paylayır, istixanalarını da qazla təmin edir, bir sözlə özü üçün mini “qaz paylayıcı şəbəkə” yaradır.

Müəllif: Elmir Murad