Bakıda daha bir tunel tikilir – İşlərə böyük texnika cəlb olunub

15:37 - 24.02.2020


24 fevral, Fineko/abc.az. Artıq bir neçə gündür ki, Bakı-Sumqayıt yolunun Bakı Beynəlxalq Avtovağzal istiqamətində yeni tunelin tikintisi üçün qazıntı işlərinə başlanılıb.

ABC.AZ xəbər verir ki, qazıntı işlərinə xeyli sayda texnika və işçi cəlb olunub. Yolun həm Sumqayıta gedən, həm də Bakıya gələn istiqamətindəki hissəsində  beton deşən texnikalarla yer deşilir.

Tunelin tikintisinin hansı tarixdə yekunlaşdırılacağını öyrənmək üçün "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfliyə müraciət etdik. Qurum rəsmisi sözügedən tunelin detalları barədə hələlik məlumatsız olduğunu bildirdi.

Qeyd edək ki, ötən həftə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının peşə bayramı ilə bağlı keçirilən tədbirdə Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Sumqayıtdan Bakı istiqamətində Beynəlxalq Avtovağzalın yaxınlığında yeni tunel salınması ilə bağlı layihəni hazırlayıb təqdim etdiklərini bildirmişdi.

 

Bütün xəbərlər