330x110
 

Azərkosmos İtaliya Aerokosmik Agentliyi ilə əməkdaşlıq edəcək

25.02.2020,09:43


25 fevral, Fineko/abc.az. “Azərkosmos” ASC və “İtaliya Aerokosmik Agentliyi” arasında sülh məqsədilə kosmik fəaliyyətlər sahəsində “Anlaşma Memorandumu” imzalanıb.

ABC.AZ xəbər verir ki, “Anlaşma Memorandumu”na əsasən “Azərkosmos” və “İtaliya Aerokosmik Agentliyi” kosmik sahədə tədqiqatların aparılması, Yer Müşahidəsi məlumatların emalı, kosmik texnologiya və bu sahədə yüksək ixtisaslı kadrların hazırlanması, o cümlədən təcrübə mübadiləsi istiqamətində birgə əməkdaşlıq edəcək.