“Günay Sığorta” Bakı Fond Birjasının Listinq Məsləhət Proqramına qoşuldu

09:56 - 25.02.2020


25 fevral, Fineko/abc.az. Kapital bazarından maliyyələşməni təşviq edən və bu istiqamətdə emitentlərlə ödənişsiz məlumat və məsləhət xidmətlərinin göstərildiyi Listinq Məsləhət Proqramına (LMP) daha bir şirkət tərəfdaş qimsində qoşulub.

Belə ki, “Bakı Fond Birjası” QSC (BFB) və “Günay Sığorta” ASC arasında Listinq Məsləhət Proqramı üzrə əməkdaşlıq haqqında memorandum imzalanıb.

ABC.AZ BFB-na istinadən xəbər verir ki, proqramın məqsədi qiymətli kağız buraxmaq istəyən şirkətlərin Bakı Fond Birjasının mövcud bazar seqmentlərinin tələblərinə cavab verəcək səviyyədə hazırlanmasına və kapital bazarlarından əlverişli şərtlərlə maliyyə vəsaitləri cəlb etməsinə dəstək olmaqdan ibarətdir. Proqrama şirkətlər həm emitent, həm də tərəfdaş qismində qoşulmaqla Bakı Fond Birjası ilə əməkdaşlıq edə bilərlər.

 

Bütün xəbərlər