330x110
 

Neftin qiymətləri ötən günkü güclü enişdən sonra artmaqdadır, “Azeri Light” $2,64 ucuzlaşdı

25.02.2020,10:10


25 fevral, Fineko/abc.az. Neft qiymətləri yeddi həftə ərzində, ötən günkü düşmədən sonra çərşənbə axşamı ticarəti zamanı bərpa olunur.

Fevralın 24-də Londonun “ICE Futures” birjasında keçirilən ticarətin nəticəsində “Brent”in aprel fyuçersi $2,20 (3,76%) aşağı yuvarlanaraq bir barelə $56,30 təşkil etmişdir. “Brenti”in aprel fyuçers qiyməti saat 9:30-də $0,22 (0,39%) bahalaşaraq bir barelə $56,52 təşkil etmişdir.

Fevralın 24-də Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin aprel fyuçersi  $1,95 (3,65%) enərək bir barelə $51,43 təşkil etmişdir. Aprel ayı üzrə fyuçers qiyməti saat 9:30-də $0,17 (0,33%) artaraq bir barelə $51,60 təşkil etmişdir.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti $2,64 (4,38%) düşərək bir barelə $57,57 təşkil edib.