Mərkəzi Bank tender elan edir

10:18 - 25.02.2020


25 fevral, Fineko/abc.az. Mərkəzi Bankında informasiya təhlükəsizliyi üzrə lisenziyaların, habelə istismarda olan təhlükəsizlik avadanlıqlarına texniki dəstək xidmətinin satın alınması üzrə açıq tender keçirir.

Tenderdə iştirak haqqı 300 manatdır.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri  17.03.2020 15:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 02.04.2020 14:00 qədər təqdim etməlidirlər.

İddiaçıların təkliflərinin açılışı 02.04.2020 15:00 tarixində aparılacaq.

Əlaqələndirici şəxs : Akif Əskərov

Ünvan: Bakı, Rəşid Behbudov küçəsi 90

 

Bütün xəbərlər