Bakıda bu yollar bağlanır – Siyahı

10:32 - 25.02.2020


25 fevral, Fineko/abc.az. Sabah Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar sabah Bakıda bir sıra yollar bağlanacaq.

ABC.AZ xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov jurnalistlərə bildirib ki, soyqırımının 28-ci ildönümü ilə əlaqədar Yusif Səfərov küçəsi kəsişməsindən Xocalı prospekti boyunca Nəcəfqulu Rəfiyev küçəsi kəsişməsinədək avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilir.

Belə ki, hərəkət Neftcilər prospekti Yusif Səfərov küçəsi kəsişməsindən düzünə Nobel prospekti, Babək prospektindən Nəcəfqulu Rəfiyev küçəsi kəsişməsinə isə yalnız düzünə Heydər Əliyev prospekti istiqamətindən müəyyən edilib.

Sözügedən yollarla yanaşı Xocalı prospektində və bu istiqamətdə kəsişən və ya paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində də avtomobillərin hərəkəti məhdudlaşdırılacaq və istiqaməti dəyişdiriləcək.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər