Azərbaycan Mərkəzi Bankı İtaliya Agentliyi ilə əməkdaşlıq edəcək – Memorondum imzalandı

10:51 - 25.02.2020


25 fevral, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) ilə İtaliyanın Milli Mikrokredit Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

ABC.AZ AMB-yə istinadən xəbər verir ki, memorandumun əsas məqsədi Azərbaycanda mikrokredit və mikromaliyyə alətlərinin yaradılması, inkişafı təcrübəsinin mübadiləsi sahəsində tərəflər arasında əməkdaşlığı təşviq etməkdir .

İmzalanmış Memoranduma əsasən iki təşkilat arasında mikrokredit alətlərinin təşviq edilməsi, hüquqi və tənzimləyici çərçivənin inkişafı, monitorinqi və qiymətləndirilmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətlərdə əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda bu əməkdaşlıq mikromaliyyə xidmətləri sahəsinin inkişafı və mikromaliyyələşmə fəaliyyətinə nəzarətin gücləndirilməsi məqsədilə bu sahədə xarici tərəfdaş təşkilatlar ilə təcrübə mübadiləsi imkanlarının artırılmasında mühüm rol oynayacaq.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər