330x110
 

Azərbaycan daha 5 ölkəyə fındıq ixrac edəcək – Ölkələrin Siyahısı

25.02.2020,11:17


25 fevral, Fineko/abc.az. Azərbaycan beş ölkəyə fındıq və konservləşdirilmiş məhsullar ixrac edəcək.

İqtisadiyyat Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, bununla bağlı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil edilmiş “Gulfood 2020” beynəlxalq qida sərgisində razılıq əldə edilib.

Belə ki, sərgidə iştirak edən Azərbaycan şirkətləri ilə xarici tərəfdaşlar arasında görüşlər keçirilib, ixraca dair müzakirələr aparılıb.

Azərbaycanın “AHEC” və “AZHAZELNUT” şirkətləri Misir, Pakistan və İtaliyadan olan şirkətlərlə fındıq məhsulunun ixracına, “Az-Granata” və “BakuKonserv” şirkətləri Birləşmiş Ərəb Əmirlikləri və Hindistandan olan şirkətlərlə konservləşdirilmiş məhsulların ixracına dair razılıq əldə edib.

Müəllif: Elmir Murad