330x110
 

İranla sərhəddə səyyar hospital qurulub – Artıq xidmətə başlayıb

25.02.2020,14:35


25 fevral, Fineko/abc.az. Koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsində həyata keçirilən qabaqlayıcı tədbirlərin daha da gücləndirilməsi məqsədi ilə Tibbi Xidmət İdarəsinin mobil səyyar hospitalı və müvafiq tibbi heyəti adıçəkilən gömrük-keçid məntəqəsinə ezam olunub.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, eyni zamanda, Astara gömrük-sərhəd keçid məntəqəsi də Tibbi Xidmət İdarəsinin müvafiq tibbi heyəti ilə gücləndirilib.

Qeyd edək ki, Tibbi Xidmət İdarəsinin iki yataq yeri olan mobil səyyar hospitalı həkim heyəti ilə birlikdə Biləsuvar gömrük postuna artıq təhkim olunub və fevralın 25-dən etibarən xidmətə başlayıb. Mobil səyyar hospital vasitəsilə zərurət yarandıqda infeksion xəstəliyə şübhəli olan vətəndaşlar tibbi baxışdan keçirib, sonradan TƏBİB-in müvafiq strukturlarına təhvil veriləcək. Eyni zamanda, mobil hospitalda iki yataq xəstəsinə tibbi yardım göstərmək imkanı da mövcuddur.

Müəllif: Elmir Murad