330x110
 

Azərbaycanda 10 minə yaxın iş yeri bağlanıb - Dövlət Komitəsindən ilginc açıqlama

25.02.2020,15:22


25 fevral, Fineko/abc.az. 2019-cu il ərzində ölkədə 9400 iş yeri bağlanıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə bağlanmış iş yerlərinin 51,5 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 39,8 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 60,2 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb. 9,4 iş yerinin bağlanılması ilə bərabər, 2019-cu ildə ölkədə 192 min yeni iş yeri açılıb. İl ərzində yaradılmış iş yerlərinin 27 faizi qeyri-dövlət sektorunda olub. Yeni iş yerlərinin 55,5 faizi Bakı şəhərinin, 1,7 faizi Naxçıvan Muxtar Respublikasının, 42,8 faizi digər regionların, o cümlədən 16,3 faizi Aran, 6,9 faizi Gəncə-Qazax, 5,9 faizi Lənkəran, 3,6 faizi Abşeron, 3,3 faizi Şəki-Zaqatala, 2,4 faizi Dağlıq Şirvan, 2,2 faizi Yuxarı Qarabağ, 2,1 faizi Quba-Xaçmaz, 0,1 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.