Azərbaycanda 192 min yeni iş yeri açılıb - Statistika

15:57 - 25.02.2020


25 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Statistika Komitəsi 2019-cu ildə bağlanmış və yeni açılmış iş yerləri barədə statistik açıqlama yayıb.

ABC.AZ Komitəyə istinadən xəbər verir ki,  2019-cu il ərzində ölkədə 9400 iş yeri bağlanıb, 192 min isə yeni iş yeri açılıb.

Yeni açılmış iş yerlərinin 29,6 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 26,2 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 43,8 faizi isə digər tədbirlər üzrə yaradılıb. Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 45,8 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 14,2 faizi tikinti, 8,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,4 faizi emal sənayesi, 3,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,6 faizi peşə, elmi və texniki fəaliyyət, 2,2 faizi təhsil, 2,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 8,6 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.

 

Bütün xəbərlər