Azərbaycanın tanınmış şərab şirkəti hesabat verəcək - Səhmdarlar toplaşır

09:59 - 26.02.2020


26 fevral, Fineko/abc.az. Aprelin 14-də “Gəncə Şərab -2” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

ABC.AZ xəbər verir ki, yığıncağın gündəliyinə cəmiyyətin 2019-cu il fəaliyyyəti haqqında illik hesabatı, cəmiyyətin mühasibat balansının təsdiqi, mənfəətin bölüşdürülməsi, dividendlərin ödənilməsi qaydasının müəyyən edilməsi və müddəti məsələləri daxildir.

Səhmdarların növbəti illik ümumi yığıncağı Gəncə şəhəri, Zaur İsmayılov küçəsi 86 nömrəli ünvanda (keçmiş Kənar küçəsi 3), “Gəncə Şərab -2” ASC-nin inzibati binasında keçiriləçəkdir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər