Azərbaycanla Türkiyə arasında sazişlər imzalanıb

10:10 - 26.02.2020


26 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi fevralın 25-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfər edib.

ABC.AZ xəbər verir ki, səfər zamanı  keçirilmiş Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasından sonra bir sıra sənədlər imzalanıb.

Əvvəlcə Prezident İlham Əliyev və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının səkkizinci iclasının Protokolu”nu imzalayıb.

Daha sonra “Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumu (DEİK) arasında əməkdaşlığa dair 2020-2021-ci illəri əhatə edən Fəaliyyət Planı”nı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev və Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumunun rəhbəri Nail Olpak imzalayıb.

 

Bütün xəbərlər