Bundan sonra hər ay işəgötürənlərin siyahısı hazırlanacaq – Nazirlik planı təsdiqlədi

10:25 - 26.02.2020


26 fevral, Fineko/abc.az. “İşsiz və işaxtaran şəxslərin işə götürülməsi sahəsində işin təkmilləşdirilməsi ilə bağlı 2020-ci il üçün Tədbirlər Planı” təsdiq edilib.

ABC.AZ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, plana əsasən, hər ay işəgötürənlərin siyahısı dislokasiyaya uyğun hazırlanacaq, bu siyahı, habelə potensial vakant iş yerlərinin hədəflənməsi üçün işəgötürmə potensialı yüksək olan müəssisələrin siyahısı (ildə iki dəfə) rayon  Məşğulluq Mərkəzlərinə təqdim ediləcək.

Tədbirlər Planında hər bir rayon üzrə işəgötürmə hədəflərinin hazırlanması, vakant iş yerlərinin “Məşğulluq” altsisteminə yerləşdirilməsi istiqamətində işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi üçün tədbirlərin görülməsi, həmin altsistem üzərində hər həftə təhlil xarakterli məlumatların hazırlanması, mütəmadi olaraq peşə hazırlığı üzrə dördtərəfli müqavilələrin bağlanması nəzərdə tutulur.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər