AZTV və TRT arasında əməkdaşlıq edəcək – Müqavilə imzalandı

11:01 - 26.02.2020


26 fevral, Fineko/abc.az. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Türkiyənin Prezident Administrasiyasının Rəqəmsal Transformasiya Ofisi arasında inteqrasiya olunmuş xidmətlər mərkəzinin və dövlət xidmətlərinin rəqəmsallaşdırılması üçün texniki infrastrukturun yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.

ABC.AZ xəbər verir ki, imzalanma mərasimi fevralın 25-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanıb.

Memorondumu Agentliyin sədri Ülvi Mehdiyev və Türkiyənin Rəqəmsal Transformasiya Ofisinin sədri Ali Taha Koç imzalayıb. Bununla yanaşı “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC ilə Türkiyə Radio Televiziya Qurumu arasında əməkdaşlıq Protokolu”nu “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov və Türkiyə Radio Televiziya Qurumunun baş direktoru İbrahim Eren imzalayıb.

 

Bütün xəbərlər