Sosial vəziyyəti ağır olan məcburi köçkünlərə ev veriləcək – Komitə sədrindən şad xəbər

11:20 - 26.02.2020


26 fevral, Fineko/abc.az.  İlk növbədə, sosial vəziyyəti ağır olan, çətin şəraitdə yaşayan məcburi köçkünlər mənzillərlə təmin olunacaq.

ABC.AZ xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.

Komitə sədri qeyd edib ki, bu işlər mərhələli şəkildə həyata keçiriləcək.  Onun sözlərinə görə, Bakıda 24 minədək ağır şəraitdə yaşayan ailə mövcuddur: “Onlar məktəblər, bağçalar, yarımtikililər, yataqxanalar, pansionatlarda yaşayırlar. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq hazırda Bakıda, Abşeron ərazisində, stansiya Sumqayıt adlanan yerdə Komitə tərəfindən sosial mənzillərin tikintiləri davam etdirilir. Çalışacağıq ki, ilin sonunadək işləri yerinə yetirək. Bildiyiniz kimi, Prezident 7 mindən artıq ailəyə nəzərdə tutulan qəsəbələrin salınması ilə bağlı göstərişlərin verib və hazırda tikintilər sürətlə davam etdirilir. Əgər biz bu il tapşırığı icra edə bilsək, mən isə düşünürəm, biz bunu edə biləcəyik, bu minvalla bir neçə ildən sonra, təbii ki, bu problem aradan qaldırılacaq"

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər