Bakıdakı Fizuli sakinləri köçürüləcək – Komitə sədrindən açıqlama

11:55 - 26.02.2020


26 fevral, Fineko/abc.az. Məcburi köçkünlərə bu il əsasən evlər Bakı şəhərində, Abşeron rayonu ərazisində paylanacaq.

ABC.AZ xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bundan başqa, Samuxda da daha bir qəsəbənin salınması gözlənilir: "Həmçinin, 50 ailəyə nəzərdə tutulan bir bina Ağdamda, 45 ailəlik 1 bina Lənkəranda və 30 fərdi ev Fizuli rayonunda tikilir. Bu, işğaldan azad zonadadır və biz tikinti işlərini tamamlayanda sonra Bakıda yaşayan 30 ailəni ora köçürəcəyik – öz doğma kəndlərinə".

Qeyd edək ki, cari ilin sonunadək Abşeron rayonunda 7 min ailəlik "Qobu-3" yaşayış kompleksi tikiləcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər