Əhalinin gəlirləri artıb - Hər adama 407 manat gəlir düşüb

12:23 - 26.02.2020


26 fevral, Fineko/abc.az. Ötən ay ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni ayına nisbətən 6,8 faiz artaraq 4 milyard 57,5 milyon manat təşkil edib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ay əhalinin hər nəfərinə orta hesabla 407,8 manatlıq gəlir düşüb. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 3 milyard 685,1 milyon manat və ya əvvəlki ilin eyni dövrünə nisbətən 6,6 faiz çox vəsait qalıb.

 

Bütün xəbərlər