Ötən il əmanət portfelində artım dinamikası müşahidə olunub - Anar Həsənov

12:41 - 26.02.2020


26 fevral, Fineko/abc.az.  Ötən il bütün banklar arasında fiziki şəxslərin əmanət portfelinin ən böyük artımı məhz bizim bankımızda qeydə alınıb.

ABC.AZ xəbər verir ki, “AccessBank”ın ötən il əldə etdiyi nailiyyətlər, eləcə də cari ilə olan planları haqqında danışarkən bankın İdarə Heyətinin sədri Anar Həsənov deyib.

Bankir qeyd edib ki, bütünlüklə ötən il ərzində əmanət portfelinin artım dinamikası müşahidə olunub, bu isə əhalinin bankımıza etibarının bariz göstəricisidir: “Ümumilikdə bank sektorunda əmanətlərin artımı cüzi olsa da, bizim bankımızda bu göstərici 160 milyon manatdan çox olub. Cari hesablar da daxil olmaqla, bizim müştəri hesablarımız 2019-cu ilin sonuna 680 milyon manat təşkil edib, fiziki şəxslərin əmanət portfeli isə 114 milyon manatdan çox artıb. Bu fakt əmanət portfelinin sabit artımının göstəricisi olmaqla bərabər, müştərilərimizin ödəniş qabiliyyətinin yüksəlməsinin sübutudur.

Bazarda manat əmanətləri hələ də əhali üçün yüksək gəlirli hesab olunur. Bizim üçün isə bu, gələcəkdə də maliyyələşdirmə mənbələrini diversifikasiya etməyə və yalnız beynəlxalq təşkilatların vəsaitlərindən asılı olmamağa imkan yaradır”.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər