330x110
 

Son 2 il ərzində kreditlərimizin 95%-i manatla verilib – “AccessBank”ın İdarə Heyətinin sədri

26.02.2020,15:01


26 fevral, Fineko/abc.az.  Manat əmanətlərinin artması sayəsində son 2 il ərzində kreditlərimizin 95%-i manatla verilib, bu isə valyuta riskini tamamilə istisna etməyə imkan yaradır.

ABC.AZ xəbər verir ki, bunu “AccessBank”ın İdarə Heyətinin sədri Anar Həsənov deyib.

O qeyd edib ki, potensial dollar kreditləri yalnız müvafiq dollar gəlirlərinə malik şirkətlərə verilə bilər: “Əgər “AccessBank”ın mövcud portfelindən danışsaq, ötən dövrlərdə kifayət qədər çoxlu sayda dollar krediti verilib və devalvasiya nəticəsində onların bir hissəsi restrukturizasiya olunub. Bəzi kreditlərin ödənilməsində isə müştərilər hələ də müəyyən çətinliklərlə üzləşirlər. Manat və xarici valyuta kreditlərinin pay nisbəti 70% - 30% təşkil edir. Dollar portfeli hələ də ödənilməkdədir”.

Müəllif: Elmir Murad