Yaxın vaxtlarda Bakıda 3 piyada keçidi istifadəyə veriləcək – Liftləri də olacaq

15:40 - 26.02.2020


26 fevral, Fineko/abc.az. Yaxın günlərdə Bakıda 3 piyada keçidi istifadəyə veriləcək.

Bunu ABC.AZ-a "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli deyib.

Agentlik rəsmisi bildirib ki, bunlar “Şamaxinka” adlanan ərazidə, “Ukrayna dairəsi”-ndəki və Heydər Əliyev prosepektlərində tikilən piyada keçidləridir. A.Nəcəfli bildirib ki, sözügedən piyada keçidlərindən ikisində liftlər olacaq: “Bildiyiniz kimi “Şamaxinka” adlanan ərazidə və “Ukrayna dairəsi”-ndəki piyada keçidləri yerüstüdür. Ona görə də orada piyadaların rahatlığı üçün hər bir istiqamətdə liftlər quraşdırılıb. “Ukrayna dairəsi”-ndə tikilən piyada keçidinin hər iki istiqamətində də liftlər hazırdır. Və hər 3 ərazidəki piyada keçidlərində son tamamlanma işləri gedir”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər