Avtomobil nəqliyyatı ilə ixrac olunan yük açıqlanıb - Statistika

16:23 - 26.02.2020


26 fevral, Fineko/abc.az. Yanvarda avtomobil nəqliyyatı ilə ölkədən ixrac olunan yükün həcmi açıqlanıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ay Azərbaycanda avtomobil nəqliyyatı ilə 91 min tonadək yük ixrac edilib. Yanvarda sözügedən nəqliyyat növü ilə AZərbaycana idxal olunan yüklərin də həcmi bəlli olub. Belə ki, bu nəqliyyat növü ilə yanvarda ölkəyə idxal olunan yüklərin həcmi isə 161,2 min ton təşkil edib.

 

Bütün xəbərlər