Neftin qiymətləri il üzrə minimuma düşdü və enməkdə davam edir

10:04 - 27.02.2020


27 fevral, Fineko/abc.az. Ötən gün ticarəti son 13 ayda qeyd olunan minimal göstəricilərlə bitirən neft qiymətləri cümə axşamı günü enməyə davam edir.

Dow Jones məlumatına əsasən, bazarda, CoViD-19 epidemiyasının neftlə bağlı qlobal tələbatın ciddi şəkildə azalmasına gətirib çıxaracağı ilə bağlı narahatlıqlar hələ də səngimir.

Fevralın 26-da Londonun “ICE Futures” birjasında keçirilən ticarətin nəticəsində “Brent”in aprel fyuçersi  $1,52 (2,77%) düşərək bir barelə $53,43 təşkil etmişdir. “Brenti”in aprel fyuçers qiyməti saat 9:25-də $0,76 (1,42%) enərək bir barelə $52,67 təşkil etmişdir.

Fevralın 26-da Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin aprel fyuçersi  $1,17 (2,34%) azalaraq bir barelə $48,73  təşkil etmişdir. Aprel ayı üzrə fyuçers qiyməti  saat 9:25-də $0,73 (1,5%) azalaraq bir barelə $48,0 təşkil etmişdir.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti $1,19 (2,06%)azalaraq bir barelə $56,40  təşkil edib.

 

Bütün xəbərlər