Aqrar Sığorta Fondu TARSİM-lə müqavilə imzalayıb – Əməkdaşlıq üçün

10:26 - 27.02.2020


27 fevral, Fineko/abc.az. Türkiyə Kənd Təsərrüfatı və Meşə nazirinin müavini Fatih Metinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

ABC.AZ xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, səfər çərçivəsində Azərbaycan Kənd Təsərrüfatı nazir İnam Kərimov və Türkiyə Kənd Təsərrüfatı və Meşə nazirinin müavini Fatih Metinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdən sonra Azərbaycanın Aqrar Sığorta Fondu və Türkiyənin Kənd Təsərrüfatı Sığorta Birliyi (TARSİM) arasında kənd təsərrüfatı sığortası sahəsində Niyyət Bəyannaməsinin imzalanma mərasimi keçirilib. Sənədi Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov və TARSİM-in baş direktoru Serpil Günal imzalayıb.

Niyyət Bəyannaməsi iki ölkə arasında aqrar sığorta sahəsində qarşılıqlı əməkdaşlığı nəzərdə tutur.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər