“Fitch Ratings” agentliyindən İpoteka və Kredit Zəmanət Fondu barədə - AÇIQLAMA

10:50 - 27.02.2020


27 fevral, Fineko/abc.az. Azərbaycanın İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin “Fitch Ratings” agentliyi tərəfindən növbəti qiymətləndirilməsi həyata keçirilib.

Fonddan ABC.AZ-a bildirilib ki, Agentliyin qiymətləndirməsinə əsasən, Fondun uzunmüddətli xarici və yerli valyutada defolt reytinqi “BB+” səviyyəsində (proqnoz “stabil”) təsdiq edilib.

Reytinqin “BB+” səviyyəsində (proqnoz “stabil”) təsdiq olunması dövlət ilə Fond arasında güclü əlaqənin olması barədə “Fitch”in dəyişməz mövqeyini əks etdirir. Agentliyin “Hökumətlə əlaqəli qurumların reytinq meyarları”na əsasən, “Fitch” dövlətin Fonda dəstəyini çox yüksək qiymətləndirir. Dövlətlə Fond arasındakı əlaqənin güclü olması və dövlətin Fonda dəstəyini nəzərə alaraq, “Fitch” Fondun reytinqini ölkənin suveren reytinqinə bərabər olaraq müəyyənləşdirib.

Hüquqi status və idarəetmə çox güclü olaraq qiymətləndirilib. Fond qeyri-kommersiya publik hüquqi şəxsdir və dövlətə məxsusdur.

 

 

Bütün xəbərlər