Bu gün Bakıda iki mərkəzi yol təmirə bağlanacaq

16:08 - 6.10.2017


Azəravtoyol ASC, paytaxtın yol infrastrukturunun təkmilləşdirilməsi üzrə tədbirləri davam etdirir.

Azəravtoyol ASC-nin məlumatında bildirilir ki, bu gün saat  22:00-dan etibarən  Niyazi küçəsində, həmçinin Neftçilər prospektinin Azneft dairəsindən Rəşid Behbudov küçəsinə qədər hissəsində yeni üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.

Xəbərdə deyilir: “Bununla bağlı, həmin yollar üzrə hərəkət səhər saatlarına qədər məhdudlaşdırılacaq”.


Bütün xəbərlər