Hotellərə ulduzların verilməsi qaydası açıqlanıb

11:38 - 27.02.2020


27 fevral, Fineko/abc.az. Bu gün hotellərə ulduzların verilməsi qaydaları açıqlanıb.

ABC.AZ xəbər verir ki, Azərbaycan Hotel Assosiasiyası tərəfindən hotellərə ulduzların verilməsi prosedurları açıqlanıb. Təlim zamanı iştirakçılar ulduzlaşma qaydaları, tətbiq olunma metodu, lazımi sənədlər və minimum meyarlarla bağlı məlumatlandırılıblar.

Eyni zamanda təlimdə yeni ulduz təsnifatı sisteminin, xüsusilə Azərbaycan hotelçilik sənayesi və turizmi üçün əhəmiyyətindən və üstünlüklərindən bəhs edilib.

Tədbirdə, həmçinin  dünyanın su, sanitariya və enerji texnologiyaları üzrə ixtisaslaşmış qlobal şirkəti olan “Ecolab”ın Azərbaycan üzrə nümayəndəliyi “Ecober” tərəfindən hotellərdə gigiyena və təmizlik standartları, eyni zamanda Fövqəladə Hallar Nazirliyinin nümayəndələri tərəfindən təhlükəsizlik standartlarının əhəmiyyəti barədə məlumat verilib.

Həmçinin Milli Ulduz Təsnifat Sisteminin icrasının Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası arasında imzalanan birgə fəaliyyət müqaviləsinə əsasən həyata keçiriləcəyi qeyd olunub. 

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər