Günay Sağlam: Hotellərə ulduzun verilməsi icbari ola bilər

11:49 - 27.02.2020


27 fevral, Fineko/abc.az. Gələcəkdə hotellərə ulduzların verilməsi məcburi ola bilər.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Hotel Asosasiyasının baş icraçı direktoru Günay Sağlam jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bununla bağlı artıq Dövlət Turizm Agentliyi layihə hazırlayıb və aidiyyatı qurumlara təqdim edib.

G. Sağlam bildirib ki, hazırda ulduz üçün hotellər özləri müraciət edir, amma gələcəkdə bu fərqli formada olacaq: "Biz hazırda platforma hazırlayırıq. Gələcəkdə belə bir qanun çıxsa əgər hotellər həmin platformaya müraciət edə biləcək".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər