Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

12:08 - 27.02.2020


27 fevral, Fineko/abc.az. Martın 3-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

ABC.AZ BFB-yə istinadən xəbər verir ki, faizli, ortamüddətli dövlət istiqrazlarının ümumi həcmi 15 milyon manat, nominal dəyəri 100 manat, tədavül müddəti 728 gün, faiz gəliri 6 faizdir. İstiqrazlar 2022-ci il martin 1-də ödəniləcək. "PAŞA Kapital" İnvestisiya Şirkəti QSC anderrayter vəzifəsində çıxış edir.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən çox olmamaq şərtilə qəbul edilməsinə icazə verilir.

Hərracda iştirak üçün birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.

 

Bütün xəbərlər