Dövlət Gömrük Komitəsi ötən ay ölkəyə gətirilən avtomobillərin sayını açıqlayıb

12:24 - 27.02.2020


27 fevral, Fineko/abc.az. Dövlət Gömrük Komitəsi yanvar ayında ölkəyə idxal olunan avtomobillərin sayını açıqlayıb.

ABC.AZ Komitəyə istinadən xəbər verir ki, ötən ay ölkəyə 60 milyon 992 dollar dəyərində 5906 avtomobil idxal olunub.

Qeyd olunur ki, gətirilən avtomobillərin 36-sı sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 5560-ı əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitəsi, 292-si yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 18-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.

 

Bütün xəbərlər