Metro üçün havalandırma köşkü tikilir - Açıqlama

14:15 - 27.02.2020


27 fevral, Fineko/abc.az.  Metronun 28 May stansiyasındakı tunellərin havalandırılması üçün Cəfər Cabbarlı heykəlinin yanında ventalyasiya köşkü tikilir.

Bunu ABC.AZ-a Bakı Metropoliteninin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O qeyd edib ki, tikinti işləri bir müddətdir ki, başlayıb. B. Məmmədovun sözlərinə görə, ventalyasiya köşkününün tikintisindən sonra tunellər daha yaxşı havalandırılacaq: "Tikinti Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış formada aparılır. İşlər heç bir tikinti-memarlıq qaydalarına xələl gətirilmədən həyata keçirilir. Yəni köşkün tikintisi ərazinin görünüşünü dəyişməyəcək. Hazırda işlər öz sürəti ilə davam etdirilir".

Müəlif: Elmir Murad

 

 


Bütün xəbərlər