AMB valyuta hərracı keçirib

14:51 - 27.02.2020


27 fevral, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirib.

“Fevralın 27-də keçirilmiş valyuta hərracı nəticəsində ortaçəkili məzənnə 1,70 AZN/1 USD təşkil etmişdir”, - AMB-dan verilən  məlumatda belə deyilir.

Daha əvvəlki, fevralın 25-də keçirilmiş valyuta hərracında ortaçəkili məzənnənin səviyyəsi həmçinin  1,70 AZN/1 USD təşkil etmişdir.

 

Bütün xəbərlər