330x110
 

Türk Hava Yolları Naxçıvana nəzərdə tutulan aviareysləri müvəqqəti dayandırıb

27.02.2020,15:08


27 fevral, Fineko/abc.az. İran ərazisində koronovirusun aşkarlanması səbəbindən Naxçıvana nəzərdə tutulan aviareyslər müvəqqəti dayandırılıb, Bakı və Gəncə reysləri isə qrafikə uyğun davam edir.

Bunu “Türk Hava Yolları”nın idarə heyətinin rəhbəri İlker Aycı keçirdiyi mətbuat konfransında deyib.

Çin, İran və Bəhreynə aviareyslərinin təxirə salındığını deyən İ.Aycı bildirib ki, Pekinə uçuşların martda bərpası ilə bağlı müzakirələr aparılır. Hazırda bu ölkələrə olan bütün aviareyslər dayandırılıb. Həmçinin 22 ölkə vətəndaşlarının Türkiyəyə girişinə qadağa qoyulub.