“CAMUS” Azərbaycana gəldi

17:21 - 27.02.2020


27 fevral, Fineko/abc.az. “BİBİT” MMC premium sinif alkoqollu və alkoqolsuz içkilərin idxalçısı Azərbaycanda “CAMUS” Konyak Evinin eksklüziv distribütoru oldu.

Şirkətin məlumatında deyilir ki, tərəflər arasında distribütor sazişi bu ilin fevral ayında imzalanıb. “CAMUS” Evinin tarixi 155 ildən çoxdur. 1863-cü ildə Jan-Batist Kamü “CAMUS La Grande Marque” şirkətini təsis etmişdir. CAMUS ailəsində ənənələr 1863-cü ildən bu günə qədər atadan oğula ötürülür. Hazırda Camus ailəsi Borderi zonasında 240 hektara malikdir.

Bu,  subregionda ən böyük malikanədir. “CAMUS” hələ də tamamilə ailə məxsus olan son beynəlxalq Konyak Evidir. Ailə irsinin beşinci nəslini qeyd edən CAMUS, geniş qlobal distribyutor şəbəkəsi yaratmışdır, bu gün CAMUS məhsulları dünyanın 140 ölkəsində təmsil olunur. “CAMUS” markalı konyaklar dünyada ən yaxşı konyak hesab edilir və hətta bu içkinin ən seçici sevənləri arasında məşhurdur. “CAMUS” Konyak Evi dünyanın 5 ən böyük konyak istehsalçılarından biridir.


“BİBİT” MMC-nin əsas fəaliyyət istiqaməti premium sinif alkoqollu və alkoqolsuz içkilərin ictimai iaşə və mehmanxana təsərrüfatı obyektlərinə (HORECA) idxalı və distribusiyasıdır. Hal-hazırda, şirkət Astoria Wines, Beluga Group, The House of Angostura, DeKuyper Royal Distillers şirkətlərinin eksklüziv distribyutorudur. Cari ilin fevral ayından etibarən “BİBİT” MMC “DAİR” Otellər və Restoranlar Assosiasiyasının üzvüdür. 

Bütün xəbərlər