330x110
 

Qızıl 2 dollara yaxın ucuzlaşdı – Birja

28.02.2020,10:36


28 fevral, Fineko/abc.az. Dünya birjalarında satılan qızıl və gümüşün qiymətləri açıqlanıb.

ABC.AZ xəbər verir ki, sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 1,90 dollar ucuzlaşaraq 1 640,60 dollara ticarət olunub. Gümüşün unsiyasının qiyməti isə 0,20 dollar azalaraq 17,56 dollara satılıb.