Bakı Fond Birjasında səhm üzrə repo əməliyyatı aparılıb – İlk dəfə

10:45 - 28.02.2020


28 fevral, Fineko/abc.az. “Bakı Fond Birjası” QSC-nin (BFB) ticarət platformasında ilk dəfə olaraq səhmlərlə repo əqdləri bağlanıb.

BFB-dən ABC.AZ-a bildirilib ki, “AzFinance İnvestisiya Şirkəti” QSC-nin vasitəçiliyi ilə iki emitentə məxsus səhm üzrə repo əməliyyatı keçirilib. Kapital bazarları iştirakçıları tərəfindən qısamüddətli vəsait cəlbində səhmlərdən də aktiv istifadə olunmağa başlanıb.

İndiyədək repo əməliyyatların predmeti əsasən dövlət və korporativ istiqrazlar olub. Ümumilikdə son illər repo əməliyyatlarında əhəmiyyətli artım tempi müşahidə edilib. Belə ki, 2018-ci ildə birjada repo əməliyyatlarının həcmi 612 milyon manat olub, 2019-cu ildə isə dövriyyə 83 faiz artaraq 1,1 milyard manatı ötüb.

Hazırda BFB-də 23 alətlə repo aparmaq mümkündür. Repo predmeti olan qiymətli kağızların siyahısı aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://bfb.az/wp-content/uploads/2015/06/Repo-predmeti-olan-qiym-tli-ka-zlar-n-siyahis-v-t-minat-h-cmi.pdf

 

Bütün xəbərlər