Azərbaycanda daha bir ilk - “Ağıllı şəhər” yaradılacaq

10:51 - 28.02.2020


28 fevral, Fineko/abc.az. Azərbaycanda “Ağıllı şəhər” konsepsiyasının tətbiqi ilə bağlı təkliflər hazırlanacaq.

ABC.AZ xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə imzalanmış “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda qeyd olunub.

Sözügedən təkliflərə əsasən 2020-2021-ci illər ərzində “Ağıllı şəhər” konsepsiyasının tətbiqi ilə bağlı araşdırma aparılacaq və pilot layihə həyata keçirilməsi imkanlarının müəyyən edilməsi daxil ediləcək.

Təkliflərdə qeyd olunanlar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən icra ediləcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər