Dövlət Neft Fondunun gəlirləri açıqlandı – 20 milyard manata yaxın olub

11:28 - 28.02.2020


28 fevral, Fineko/abc.az. 2019-cu ildə Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 19 milyard 30,6 milyon manat, büdcə xərcləri isə 11 milyard 588,6 milyon manat təşkil edib.

ABC.AZ ARDNF-ə istinadən xəbər verir ki, 2019-cu il ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 15 milyard 404,7 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 14 milyard 614,7 milyon manat, bonus ödənişləri 766,4 milyon manat, akrhesabı ödənişləri 4,7 milyon manat, tranzit gəlirləri 18,9 milyon manat təşkil edib.

Ötən il ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 3 milyard 625,9 milyon manata bərabər olub ki, bu da ümumi gəlirlərin 19,1%-ni təşkil edir.

Qeyd edək ki, alyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı ARDNF-nin büdcədənkənar gəliri 731,7 milyon manat təşkil edib.

 

 

Bütün xəbərlər