Dövlət Neft Fondu ötən il məcburi köçkünlərin məskunlaşdırılmasına ayırdığı vəsaiti açıqlayıb

12:12 - 28.02.2020


28 fevral, Fineko/abc.az. Dövlət Neft Fondu (ARDNF) 2019-cu il üçün hesabatını açıqlayıb.

ABC.AZ ARDNF-ə istinadən xəbər verir ki, ötən il ərzində Fondun 2019-cu il büdcəsinin icrası çərçivəsində 11 milyard 364,3 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 200 milyon manat vəsait ayrılıb. 2019-cu il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 24,3 milyon manat təşkil edib.

2020-ci il yanvarın 1-nə Fondun aktivləri 2019-cu ilin əvvəlinə (38 milyard 515,2 milyon ABŞ dolları) nisbətən 12,48% artaraq 43 milyard 323,3 milyon ABŞ dollarına bərabər olub. Aktivlərin artımı ARDNF-nin büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olmuşdur. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınıb. Belə ki, səhm alt portfeli üzrə ötən ilki mənfi gəlirliliyə baxmayaraq (-6,6%) 2019-cu il ərzində müvafiq göstərici 21,5% (özəl səhmlər daxil olmaqla) təşkil edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər