İcbari sığorta yığımları xeyli artıb – 30 faiz

14:36 - 28.02.2020


28 fevral, Fineko/abc.az. Azərbaycandakı sığorta şirkətləri 2020-ci ilin yanvar ayında icbari sığorta növləri üzrə cəmi 20 milyon 314 min manat sığorta haqqı toplayıb.

ABC.AZ Mərkəzi Bankına istinadən xəbər verir ki, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 30% çox deməkdir. O cümlədən bu müddətdə icbari sığorta növləri üzrə ödənişlər də 9,4% artaraq 6 milyon 362 min manatdan 6 milyon 959 min manata yüksəlib.

Qeyd edək ki, sözügedən dövrdə İcbari sığorta yığımlarının 2 milyon 584 min manat və ya 12,7%-i, ödənişlərin isə 221,5 min manatı və ya 3,2%-i həyat sığortasının payına düşüb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər