Əmək haqqı kartları ilə lotoreya oynamaq mümkün olacaq – Uduş məbləği 100 manatdır

14:38 - 28.02.2020


28 fevral, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) "Visa" Beynəlxalq Xidmət Assosiasiyasının dəstəyi ilə martın 1-dən başlayaraq bütün əhali və ölkə miqyasını əhatə edəcək “Visa kartları ilə ödəniş qazandırır!” adlı stimullaşdırıcı lotereya oyunu keçirəcək.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, iki tiraj üzrə keçiriləcək stimullaşdırıcı lotereya, müvafiq olaraq mart və aprel aylarını əhatə edəcək. Bu dövrdə Azərbaycan bankları tərəfindən emissiya edilmiş “Visa” brendli ödəniş kartları ilə ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərinin POS-terminallarında minimum 5 manat məbləğində nağdsız əməliyyat aparan hər bir kart istifadəçisi avtomatik olaraq lotereyada iştirak hüququ əldə edəcək. Yəni, 5 manatdan yüksək hər bir əməliyyat kart istifadəçisinə bir şans verəcək.

Lotereyanın uduş məbləği 100 (yüz) manat məbləğində nəzərdə tutulur və hər tirajın uduş fondu oynanıldıqdan sonra qalib olan şəxsin kart hesabına daxil ediləcək. Lotereyada “Visa” brendli ödəniş kartları, o cümlədən pensiya, əmək haqqı, təqaüd və tələbə kartları iştirak edəcəkdir. Lotereya dövründə ümumilikdə ölkə üzrə 300 nəfərin qalib olacağı planlaşdırılır.

 

Bütün xəbərlər