Sığorta bazarındakı artım müvəqqəti xarakter daşıyır - Ekspert

15:05 - 28.02.2020


28 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Azərbaycanda sığorta bazarı böyüyüb. Belə ki, 2020-ci ilin yanvar ayında icbari sığorta növləri üzrə cəmi 20 milyon 314 min manat sığorta haqqı toplanıb ki, bu da müqayisədə 30% çox deməkdir.

Sözügedən dövrdə bsığorta bazarının böyüməsinin səbəblərini açıqlayan ekspert İlkin İbrahimov ABC.AZ-a açıqlamasında bildirib ki, bu daşınmaz əmlak sahəsində vətəndaşların sığorta şirkətlərinə kütləvi üz tutmaları ilə əlaqədardır.

Onun sözlərinə görə, bu  artımın 1 nömrəli səbəbkarları sığorta ekspertləridir: “Təssüflər olsun ki, bu artımın davamlı olamamasının əsas səbəbkarı Azərbaycan Sığorta Asossasiyası, İcbari Sığorta Bürosu və Mərkəzi Bankın bəzi məqamlarda susqunluq göstərməsidir. Hesab edirəm ki, bu artım müvəqqəti xarakter daşıyır , fevral ayı statistikalarının daha az olacağı görsənir. Ödənişlərdə artımın olması isə ötən ildə baş vermiş sığorta hadisələrinim və il sonunda yekunlaşan ödənişlərin yanvarda verilməsi ilə bağlıdır. Bir ay açıqlama ilə bu ilin proqnozunu vermək çox çətindir. Ümid edirəm ki, növbəti aylarda bu artım davam edəcək”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər