330x110
 

Azərbaycanda problemli kreditlər yenə artıb – 34 milyon manata yaxın

28.02.2020,15:31


28 fevral, Fineko/abc.az. Mərkəzi Bank bank sektorunun maliyyə vəziyyətinə dair hesabat yayıb.

ABC.AZ hesabata istinadən xəbər verir ki, 2020-ci ilin yanvar ayının sonunda ödəmə vaxtı keçmiş kreditlərin həcmi 1 milyard 306,9 milyon manat təşkil edib. Ötən ilin sonunda ödəmə vaxtı keçmiş kreditlərin həcmi 1 milyard 273,1 milyon manat idi. Beləliklə yanvarda Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin (problemli kreditlər) 33,8 milyon manat artdığını göstərir.

Ödəmə vaxtı keçmiş kreditlərin cəmi kredit qoyuluşlarında xüsusi çəkisi 8,3%-dən 8,4%-ə yüksəlib.

Qeyd edək ki, 2020-ci ilin yanvar ayının sonuna cəmi kredit qoyuluşları 15 milyard 413,6 milyon manat təşkil edib. Yanvar ayında kredit qoyuluşları 215 milyon manat artıb. 2019-cu ilin sonunda cəmi kredit qoyuluşları 15 milyard 298,2 milyon manat təşkil etmişdi.

Müəllif: Elmir Murad