330x110
 

Əhalinin banklardakı əmanətləri azalıb – Səbəb

28.02.2020,16:00


28 fevral, Fineko/abc.az. Əhalinin banklardakı əmanətlərinin həcmi açıqlanıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, 2020-ci ilin yanvar ayında əhalinin banklardakı əmanətləri 49,4 milyon manat azalıb. Bununla da son 3 ayda əhalinin əmanətlərindəki azalma 222,6 milyon manata çatıb. Mərkəzi Bankın açıqlamasına görə, bu ilin fevralın 1-ə əhalinin əmanətləri 8 milyard 588,5 milyon manat təşkil edib. Bu rəqəm yanvarın 1-ə 8 milyard 637,9 milyon manat olmuşdu.

Öən il noyabrın 1-ə isə əhalinin əmanətləri 8 milyard 811,1 milyon manata çatmışdı. Əhalinin əmanətləri noyabr ayında 129.6 milyon manat azalaraq 1 dekabr 2019-cu il tarixində 8 milyard 681,5 milyon manata, dekabr ayında isə 43.6 milyon manat azalaraq 1 yanvar 2020-ci il tarixində 8 milyard 637,9 milyon manata geriləmişdi.

Qeyd edək ki, hazarda bir sıra banklarda izafi likvidlik yaranıb. Banklar cəlb etdikləri vəsaitləri kredit şəkilində sata bilmədiklərindən əmanət qəbulunda maraqlı deyillər. Faizlərin aşağı düşməsi əhalinin də bank əmanətlərinə marağını azaldır.

Müəllif: Elmir Murad