Azərbaycanda daha bir rəsədxana tikiləcək – Artıq müraciət olunub

16:10 - 28.02.2020


28 fevral, Fineko/abc.az. Azərbaycanda yeni rəsədxananın yaradılması üçün müraciət olunub.

ABC.AZ xəbər verir ki, bunu Ulduz atmosferləri fizikası maqnetizm şöbəsinin müdiri Canməmməd Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, yeni rəsədxana Şamaxının Dəmirçi kəndində tikiləcək: " 2-3 il əvvəl yeni rəsədxananın tikilməsi üçün müraciət etmişik. Yeni yaradılacaq rəsədxana ilə bağlı layihədə teleskopun diametrinin daha geniş, 6 metr olması qeyd olunub. Sadəcə bir iki il əvvəl olan devalvasiya və qeyri stabil vəziyyət layihəni gerçəkləşdirməyə imkan vermir. Lakin ümid edirik ki, qısa zaman ərzində təklifimiz reallaşacaq".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər