Ötən ay “Bir Pəncərə” vasitəsilə 8,1 milyon dollarlıq ixrac həyata keçirilib

16:27 - 28.02.2020


28 fevral, Fineko/abc.az. Cari ilin yanvar ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirdikləri ixracın dəyəri isə 8,1 milyon ABŞ dolları olub.

ABC.AZ xəbər veirir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin fevral sayı təqdim olunub.

Qeyd olunur ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin sertifikat təqdim etdiyi məhsullar 21 ölkəyə- İsveçrə (60%), Gürcüstan (14%), Rusiya (13%), Qazaxıstan (4%), Türkiyə (2%), Birləşmiş Krallıq (2%), digər ölkələrə (5%)- (Ukrayna, Çexiya, Belçika, Belarus, İspaniya, Niderland, Malayziya, Avstraliya, Çin, Oman, İsrail, Almaniya, İraq, Səudiyyə Ərəbistanı) ixrac edilib. İxrac statistikasına nəzər yetirdikdə 2019-cu ilin fevral ayı ilə müqayisədə ixracda 2,2 milyon ABŞ dolları dəyərində artım müşahidə olunub.

 


Bütün xəbərlər