330x110
 

Azərbaycanın ən böyük ixracatçı şirkətləri – Siyahı

28.02.2020,16:44


28 fevral, Fineko/abc.az. Xəbər verdiyimizi kimi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin fevral sayı təqdim olunub.

ABC.AZ xəbər verir ki, icmalda 2020-ci ilin yanvar ayı üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda “Socar Polymer” MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "MKT İstehsalat Kommersiya" MMC, " Land Lojistic" " MMC,  "Natural Fruit" MMC, "P-Aqro" MMC,  "Baku Steel Company", "Fresh Fruits Group" MMC, "Mingəçevir Tekstil" MMC, Atef Şirkətlər Qrupu" MMC şirkətləri yer alıb.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Ondan sonra gələnlər isə "Azergold" QSC, "Azəralüminium" MMC, "Azərenerji" ATSC, "Azərbaycan Hava Yolları" QSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, “ASK şüşə” MMC,  "Bakı Neft Maşinqayırma Zavodu" TASC-dir.